​“Bakcell” “SMSRadar” xidmətini təqdim edib

​“Bakcell” “SMSRadar” xidmətini təqdim edib Şirkət abunəçiləri yol hərəkəti qaydalarını pozduqda SMS alacaqlar
İKT
115
12 İyul , 2016 12:57
​“Bakcell” “SMSRadar” xidmətini təqdim edib

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti abunəçilərinə “SMSRadar” xidmətini təqdim edib.

“Report”a şirkətdən bildirilib ki, aylıq abunə haqqı cəmi 1 manat olan xidmət sayəsində abunəçilər yol hərəkəti qaydalarını pozduqda qayda pozuntusunun vaxtı və cərimə haqqında ətraflı məlumat qeyd olunan SMS alacaqlar.

“SMSRadar” adlı bu innovativ xidmətdən faydalanmaq üçün istənilən tarifdən istifadə edən “Bakcell” abunəçisi idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00-XX-000) SMS vasitəsilə 5666 qısa nömrəsinə yollamalıdır.

“Abunəçilərimizin rahatlığının və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə istifadəyə verdiyimiz bu xidmət avtomobil idarə edənlər üçün çox faydalı olacaq. Hər kəsi yol hərəkəti qaydalarına riayət etməyə və yol hərəkətinin bütün iştirakçılarına hörmətlə yanaşmağa çağırırıq”, - deyə “Bakcell”in baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

Qeyd edək ki, sürət həddini aşan nəqliyyat vasitəsi barədə məlumat abunəçilərə dərhal, yol hərəkəti qaydalarının digər pozuntuları barədə məlumat isə müvafiq sistemdə qeyd olunandan sonra göndərilir.

Son xəbərlər

Orphus sistemi