“Bakcell”in “Applab” layihəsi startap ideyalarını britaniyalı investorlara təqdim edib

“Bakcell”in “Applab” layihəsi startap ideyalarını britaniyalı investorlara təqdim edib “Wayra UK” startap layihələrinə 70 min ingilis funt sterlinqi civarında investisiya ayırır
İKT
7 Sentyabr , 2016 13:11
“Bakcell”in “Applab” layihəsi startap ideyalarını britaniyalı investorlara təqdim edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin “Applab” layihəsi startap ideyalarını britaniyalı investorlara təqdim edib.

Şirkətdən “Report”a verilən xəbərə görə, “Applab” iştirakçılarının “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı olan “Wayra UK şirkətinə təqdim ediyi 11 layihədən 4-ü (“QuizMindUp”, “Kvotter”, “Spinal” və “BraillePad”) xüsusi maraqla qarşılanaraq növbəti seçim prosesindən müvəffəqiyyətlə keçib.

Layihələrin dəyərləndirilməsi “Wayra UK” şirkətinin tərəfdaşlıq və akselerasiya proqramları üzrə meneceri Harri Deyvis tərəfindən aparılıb. Bunun üçün təşkil olunan xüsusi təqdimat zamanı yerli developerlər özlərinin təkmilləşdirilən layihələri barədə məlumat verib, ekspertin suallarını cavablandırıblar. “Wayra UK” proqramı üçün növbəti seçim mərhələləri bu ilin sentyabr-dekabr ayları arasında keçiriləcək.

“Wayra UK” startap layihələrinə 70 min ingilis funt sterlinqi civarında investisiya ayırır. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişaf məqsədlərinə yönəldilir. “Bakcell” və “Wayra UK” şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarında qurulub. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan developerlərin startap layihələrini inkişaf etdirmək və onlara beynəlxalq bazara çıxış imkanı yaratmaqdır.

Qeyd edək ki, hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində “Wayra” şirkətinin 14 akademiyası fəaliyyət göstərir. “Wayra” “bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənib.

Son xəbərlər

Orphus sistemi