“Baidu” "ağıllı avtomobil" yaratmaq niyyətindədir

“Baidu” "ağıllı avtomobil" yaratmaq niyyətindədir “Baidu” şirkəti 2023-cü ilədək özünün smart avtomobil modelini hazırlayıb təqdim etmək niyyətindədir.
İKT
248
8 İyul , 2021 20:21
“Baidu” ağıllı avtomobil yaratmaq niyyətindədir

“Baidu” şirkəti 2023-cü ilədək özünün "ağıllı avtomobil" modelini hazırlayıb təqdim etmək niyyətindədir.

“Report” “PengPay”ə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Robin Li Yanhonq Şanxay şəhərində keçirilən Dünya Süni Zəka Konfransında (WAIC) bildirib.

"Ağıllı avtomobillər"in gələcəyinə dair fikirlərini açıqlayan şirkət rəhbəri onları yüksək texnologiyalara əsaslanan robot olaraq səciyyələndirib. Belə avtomobillərin tətbiqilə yol qəzalarının sayını azaltmağın, yollarda təhlükəsizliyi artırmağın mümkün olacağı diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi