“AzInTelecom”un yeni data mərkəzlərinə “TIER 3 Design” sertifikatı verilib

“AzInTelecom”un yeni data mərkəzlərinə “TIER 3 Design” sertifikatı verilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən Azərbaycanda iki yeni data mərkəzinin tikintisi ilə bağlı hazırlıq işlərinə start verilib. Tikiləcək data mərkəzləri üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəxalq keyf
İKT
31 İyul , 2024 09:26
“AzInTelecom”un yeni data mərkəzlərinə “TIER 3 Design” sertifikatı verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC Azərbaycanda iki yeni data mərkəzinin tikintisi ilə bağlı hazırlıq işlərinə start verib.

Tikiləcək data mərkəzləri üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəxalq keyfiyyət standartlarını müəyyən edən “TİER 3 Design” sertifikatı alınıb.

ABŞ-nin “Uptime Institute” təşkilatının verdiyi sertifikat etibarlı məlumat mübadiləsi, dayanıqlılıq və fasiləsiz xidmət baxımından beynəlxalq nüfuzlu sertifikat hesab olunur.

“AzInTelecom” Cənubi Qafqaz regionunda “TIER 3” sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus, Bakı və Yevlaxda yerləşən mövcud data mərkəzlərinin hər ikisi üçün “TIER 3” və “TIER 3 Design” sertifikatları alınıb. Bu günə qədər 115 dövlət qurumu öz informasiya sistemlərini həmin data mərkəzlərinə tam və yaxud qismən miqrasiya edib.

Ölkədə etibarlı “bulud” xidmətləri üzrə artan tələbat, dövlət xidmətlərinin və idarəetmə proseslərinin rəqəmsallaşması, emal olunan məlumatların çoxluğu yeni data mərkəzlərinin tikintisinə zərurət yaradıb. Bu məqsədlə “AzInTelecom” beynəlxalq məsləhətçi şirkət cəlb etməklə 150-yə yaxın dövlət qurumu ilə müzakirələr aparıb. Məlumat sorğusu əsasında növbəti 10 il üçün tələbat müəyyən edilib və konsepsiya sənədi hazırlanıb.

Abşeron və Hacıqabul rayonlarında tikiləcək yeni data mərkəzlərinin Azərbaycanda rəqəmsallaşma prosesinə mühüm töhfə verəcəyi gözlənilir. Hazırkı data mərkəzlərində olduğu kimi, yeni data mərkəzlərində də kritik infrastruktur sistemləri xüsusi rejimdə rezervlənəcək, aktiv avadanlıqlar yüksək səviyyədə soyutma boru kəmərləri ilə təmin olunacaq. Nəticə etibarilə avadanlıqlara texniki baxış və təmir zamanı da xidmətin fasiləsizliyi təmin ediləcək. Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması və enerji paylaşdırıcı avadanlıqlar sayəsində mərkəzlər ekoloji baxımdan ətraf mühitə yüksək həssaslıqla fəaliyyət göstərəcək.

Yeni data mərkəzlərinin qurulması rəqəmsal dövlət xidmətlərinin göstərilməsi və təşkilinin yaxşılaşdırılmasına, qurumlar üçün ayrı-ayrı “bulud” infrastrukturunun alınması və saxlanılmasına sərf olunacaq xərclərə qənaət edilməsinə, ölkənin rəqəmsallaşma ilə bağlı beynəlxalq reytinqinin yüksəldilməsinə, qurumlararası məlumat mübadiləsinə və böyükhəcmli məlumatların təhlilinə təkan verəcək.

Son xəbərlər

Orphus sistemi