“AzInTelecom”un nümayəndələri “Heydər zirvəsi”nə yürüş edib

“AzInTelecom”un nümayəndələri “Heydər zirvəsi”nə yürüş edib Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin rəhbər heyəti Ümummilli Liderin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “
İKT
8 May , 2023 17:12
“AzInTelecom”un nümayəndələri “Heydər zirvəsi”nə yürüş edib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin rəhbər heyəti Ümummilli Liderin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş ediblər.

Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən zirvəyə yürüş mürəkkəb relyef və sərt iqlim şəraitində həyata keçirilib.

“AzInTelecom”un İdarə Heyətinin sədri Elxan Əzizov və departament direktorlarından ibarət 9 nəfərlik heyət əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə təhlükəsizlik qaydaları çərçivəsində hərəkət edərək zirvəyə planda təyin edilmiş vaxtda çatıblar.

Zirvədə dahi şəxsiyyət H.Əliyevin xatirəsi dərin ehtiramla yad edilib. “AzInTelecom”un nümayəndə heyəti zirvədə Dövlət Bayrağını ucaldıb.

Son xəbərlər

Orphus sistemi