“AzInTelecom” “İnMerge Sammiti”ndə stendlə çıxış edəcək

“AzInTelecom” “İnMerge Sammiti”ndə stendlə çıxış edəcək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda keçiriləcək “İnMerge İnnovasiya Sammiti”ndə “Qızıl sponsor” qismində stendlə çıxış edəcək.
İKT
29 Noyabr , 2023 15:47
“AzInTelecom” “İnMerge Sammiti”ndə stendlə çıxış edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda keçiriləcək “İnMerge İnnovasiya Sammiti”ndə “Qızıl sponsor” qismində stendlə çıxış edəcək.

30 noyabr-1 dekabr tarixlərində "Bakı Konqres Mərkəzi" MMC-də baş tutacaq sammitdə iştirakçılara “AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat veriləcək. Həmçinin şirkətin təqdim etdiyi bir sıra rəqəmsal həllər qonaqlara praktiki formada nümayiş etdiriləcək. Bununla yanaşı, stenddə maraqlı viktorinaların keçirilməsi, fərqlənən iştirakçılara hədiyyələrin təqdim edilməsi nəzərdə tutulub.

Bulud xidmətləri, biometriya texnologiyası əsasında hazırlanan SİMA Rəqəmsal Həllər Platforması, Mərkəzləşdirilmiş İnformasiya Sistemləri və İnformasiya təhlükəsizliyi xidmətləri ilə maraqlanan, həmçinin bu istiqamətdə əməkdaşlıq əlaqələri qurmaq istəyən hər kəs ətraflı məlumat üçün “AzInTelecom”un stendini ziyarət edə bilər.

“İnMerge İnnovasiya Sammiti”nin təşkilatçısı “PAŞA Holdinq” MMC-dir. Artıq III dəfədir ki, təşkil olunan regional tədbirin məqsədi Azərbaycan və regionun aparıcı təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında toplamaqdır.

Əsas müzakirə mövzuları elektron ticarət, maliyyə texnologiyaları və telekommunikasiya olacaq. Sammitdə panel müzakirələri və “B2B” formatlı görüşlərin keçirilməsi, eyni zamanda yerli və regiondan gələn komandaların startaplarının təqdimatı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi