“AzInTelecom” Cənubi Afrikanın nüfuzlu şirkətilə əməkdaşlıq etməyə başlayıb

“AzInTelecom” Cənubi Afrikanın nüfuzlu şirkətilə əməkdaşlıq etməyə başlayıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Cənubi Afrikada keçirilən “Africa Tech Festival”da “Qızıl sponsor” qismində çıxış edib.
İKT
21 Noyabr , 2023 13:17
“AzInTelecom” Cənubi Afrikanın nüfuzlu şirkətilə əməkdaşlıq etməyə başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Cənubi Afrikada keçirilən “Africa Tech Festival”da “Qızıl sponsor” qismində çıxış edib.

Qurum öz stendi ilə təmsil olunaraq məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib.

Səfər çərçivəsində qurumun nümayəndələri tərəfdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi məqsədilə iştirakçı şirkətlərlə görüşlər keçirib.

Nəticə etibarilə “AzInTelecom” və Afrikanın nüfuzlu şirkətlərindən olan “Prime Invest Group” arasında memorandum imzalanıb.

Memorandumun məqsədi təhlükəsiz və etibarlı rəqəmsal həllər əsasında biznesləri gücləndirmək, “AzInTelecom”un “SİMA İmza” və “SİMA KYC” innovativ məhsullarını Afrika bazarına çıxarmaqdır.

İmzalanan memorandum hər iki şirkət tərəfindən gələcək əməkdaşlığın inkişafının ilk addımı kimi dəyərləndirilib.

“Prime Invest Group” qlobal sektorda maliyyə xidmətləri göstərir. Şirkətin fəaliyyət istiqamətinə investisiya planlaması, vergi və əmlak planlaması, strateji aktivlərin idarə edilməsi və s. xidmətlər daxildir.

Son xəbərlər

Orphus sistemi