“Azərpoçt”un idarəetmə forması dəyişib

“Azərpoçt”un idarəetmə forması dəyişib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin idarəetmə forması dəyişib.
İKT
12 May , 2022 16:33
“Azərpoçt”un idarəetmə forması dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin idarəetmə forması dəyişib.

“Report”un əldə etdiyi məlumata görə, qurumda Baş direktor və onun müavini vəzifələri ləğv edilib.

Əvəzində İdarə Heyətinin (İH) sədri və üzvü vəzifələri yaradılıb.

Beləliklə, Əfqan Cəlilov “Azərpoçt”un İH-nin sədri, Sübhan Kazımov, Nazim Süleymanov, Xəyyam Əli-zadə və İsi Mustafayev isə İH-nin üzvləri təyin ediliblər.

Dövlət şirkətindən “Report”un sorğusuna cavab olaraq faktı təsdiq ediblər. Bildirilib ki, yeni idarəetmə forması korporativ idarəetmə sisteminə keçidlə bağlıdır və proses davam edəcək.

Son xəbərlər

Orphus sistemi