Yevlaxda odlu silahla qətl törədilib
Hadisə
- 24 iyul, 2025
- 08:49
Yevlaxda qətl hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Onu tüfənglə qətlə yetirməkdə şübhəli bilinən isə həmkəndlisi 1957-ci il təvəllüdlü Əli Rəsulovdur. Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Məlumata görə, onlar torpaq sahəsi üstündə mübahisə ediblər. Bu gün səhər saatlarında isə mübahisə münaqişəyə çevrilib və R.Mustafayev odlu silahla başından vurulması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:33
Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir
Ekologiya12:25
Dankan Norman: Azərbaycan dilini öyrənmək karyeramdakı ən yaxşı qərarlardan biri olub
Xarici siyasət12:19
Foto
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib - YENİLƏNİB
Qarabağ12:18
Foto
Bakıda Belçika müstəmləkəçiliyinə həsr edilən beynəlxalq konfrans keçirilib - YENİLƏNİB
Xarici siyasət12:16
Dankan Norman: Bakı və İrəvan arasındakı sülh bütün regionun gələcəyini dəyişəcək
Digər ölkələr12:16
Abbas Abbasov: Belçika Mərkəzi Afrika ölkələrindən dövlət səviyyəsində üzr istəməlidir
Xarici siyasət12:14
Səfir: Orta Dəhliz Azərbaycanın logistik hab kimi rolunu möhkəmləndirəcək
Xarici siyasət12:14
Azərbaycan boksçusu Əli Baxışov Avropa çempionatının finalına vəsiqə qazanıb
Fərdi12:12