Bir neçə il əvvəl ilə müqayisədə “Azərpoçt” MMC-nin poçt şöbələri vasitəsilə ölkədaxili pul köçürmələrində 60-70 %-lik azalma mövcuddur.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC-nin əməliyyat departamentinin direktoru Asiman Əliyev “Asan radio”da yayımlanan “Rəqəmsal Dialoq” verilişində deyib.
“Bu onu göstərir ki, bu əməliyyat növü insanlar arasında artıq o qədər də aktual deyil. Əsasən pandemiya dövründə qapanma şəraitində insanların daha çox kartdan karta əməliyyatlarına meyllənməsi müşahidə edildi. Bu da bizim daxili pul köçürmələri üçün təsirsiz ötüşmədi” ,- deyə o qeyd edib.
A.Əliyev 2022-ci ildən başlayaraq ölkədaxili pul köçürmələrinin “Azərpoçt”da poçt operatorunun özünə məxsus olan “Qrad” sistemi vasitəsilə həyata keçirildiyini diqqətə çatdırıb.