"Azərkosmos": "Yanğının şəkilləri optik kameralarla çəkilib"

"Azərkosmos": "Yanğının şəkilləri optik kameralarla çəkilib" "Azərsky" optik peyk olduğu üçün optik kameralar vasitəsi ilə şəkilləri çəkib ondan istifadə edirik".
İKT
26 Avqust , 2022 11:35
Azərkosmos: Yanğının şəkilləri optik kameralarla çəkilib

"Azərsky" optik peyk olduğu üçün optik kameralar vasitəsi ilə şəkilləri çəkib ondan istifadə edirik".

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

"Peykin infraqırmızı şüada çəkmək imkanının olması bizə yanğınları rahat çəkməyə imkan verir. Bu zaman yaşıl rəng infraqırmızı şüanı əks etdirdiyi üçün yaşıllıq olan ərazi qırmızı rəngdə görünür. Amma yanğın düşmüş ərazilər qırmızı deyil, qara rəngdə olur. Bu monitorinqlər bizə yanğını, həmçinin onun qarşısını almaq üçün nə edə biləcəyimizi müəyyən etməyə imkan verir. Ümumilikdə, 1 670 hektar meşədə yanğın olub, bunun 79 hektarı dövlət meşə fondunun, 891 hektarı bələdiyyə fondunun ərazisinə düşür. Biz meşəlik ərazi ilə yanaşı otlaq, əkin və kolluqlarda baş verən yanğınları da müşahidə edib hesabat hazırlamışıq", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi