"Azərkosmos"un ixrac gəlirləri 27 % azalıb

"Azərkosmos"un ixrac gəlirləri 27 % azalıb Bu ilin yanvar-aprel aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 42 ölkəyə 6,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
İKT
31 May , 2023 16:36
Azərkosmosun ixrac gəlirləri 27 % azalıb

Bu ilin yanvar-aprel aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 42 ölkəyə 6,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın may sayında bildirilir.

Hesabata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 10 ölkə çox və 2,3 milyon ABŞ dolları (27,1 %) azdır.

Yanvar-aprel aylarında "Azərkosmos"un ixrac gəlirləri onun ümumi gəlirlərinin 77 %-ni təşkil edib ki, bu da illik müqayisədə 9 faiz bəndi azdır.

Təkcə ötən ay isə "Azərkosmos" 41 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 10 ölkə çox və 0,7 milyon ABŞ dolları (14,3 %) azdır.

4 ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Böyük Britaniya (1,7 milyon ABŞ dolları), Lüksemburq (1,4 milyon ABŞ dolları), BƏƏ (595,9 min ABŞ dolları), Almaniya (339,8 min dollar) və Pakistan (291,3 min dollar) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi