"Azərkosmos"un ixrac gəlirləri 22 % azalıb

"Azərkosmos"un ixrac gəlirləri 22 % azalıb Bu ilin yanvar ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dünyanın 42 ölkəsinə 1,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
İKT
29 Fevral , 2024 11:23
Azərkosmosun ixrac gəlirləri 22 % azalıb

Bu ilin yanvar ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 42 ölkəyə 1,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral buraxılışında bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 % azdır.

Hesabat dövründə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 75 %-ni təşkil edib.

Ötən ay peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 367,3 min ABŞ dolları ilə Böyük Britaniya, 335,3 min ABŞ dolları ilə Lüksemburq, 74,2 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 71 min ABŞ dolları ilə Almaniya və 69,5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi