"Azərkosmos": Metan qazının təsirini öyrənməkdə peyk görüntüləri vacib rol oynayır

"Azərkosmos": Metan qazının təsirini öyrənməkdə peyk görüntüləri vacib rol oynayır Azərbaycanda metan qazının təsirlərinin öyrənilməsində peyk görüntüləri vacib rol oynayır.
İKT
4 Oktyabr , 2024 13:36
Azərkosmos: Metan qazının təsirini öyrənməkdə peyk görüntüləri vacib rol oynayır

Azərbaycanda metan qazının təsirlərinin öyrənilməsində peyk görüntüləri vacib rol oynayır.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Coğrafi İnformasiya Sistemləri Mərkəzinin Torpaqşünaslıq və torpaq kadastrı üzrə aparıcı mütəxəssisi Saleh Nəbiyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 5-ci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu məqsədlə kommersiya və açıq mənbələrdə olan müxtəlif peyk görüntülərindən istifadə edilir: "Bu, həmin təsirləri tapmaq və təhlil etmək üçün lazımdır. Süni zəka komandamız müxtəlif süni zəka modelləşdirməsi üzərində işləyir və xüsusi təhlillər həyata keçirir. Bu onu göstərir, ki, iqlim dəyişikliyi ilə bağlı mübarizədə yer kürəsinin müşahidəsi çox vacibdir".

"İqlim dəyişikliyi günümüzün vacib çağırışıdır. Dəniz səviyyəsi dəyişir. Biz bunu Xəzərin timsalında görə bilərik. Bunlar hamısı istixana qazlarının təsiri ilə yaranır. Biz bu hadisələrin proqnozunu və monitorinqi təşkil edirik. Gələcəkdə nə ilə üzləşə biləcəyimizi müəyyələşdirməyimiz vacibdir. Bu prosesə artıq süni intellekt cəlb edilib. Süni zəka modelləri xüsusi tendensiyaları müəyyənləşdirməyə kömək edir. Biz tarixi peyk görüntülərini istifadə edərək gələcəklə bağlı proqnozlar verə bilərik. İqlim dəyişikliyi ilə bağlı Agentlik olaraq bir sıra layihələr həyata keçiririk. Bura buzlaqların, Xəzər dənizinin, çay hövzələrinin monitorinqi daxildir",- deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi