"Azərkosmos"da işləyənlərinin 33 %-i qadınlardır

"Azərkosmos"da işləyənlərinin 33 %-i qadınlardır Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyində ("Azərkosmos") qadınlar ümumi işçi sayının 33 %-ni təşkil edir.
İKT
27 Aprel , 2023 10:38
Azərkosmosda işləyənlərinin 33 %-i qadınlardır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyində ("Azərkosmos") qadınlar ümumi işçi sayının 33 %-ni təşkil edir.

"Report" xəbər verir ki, bunu "Azərkosmos"un İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov ADA Universitetində "Qadınlar kosmosda: çətinliklər və imkanlar" mövzusunda keçirilən tədbirdə deyib.

D. Bədirxanov qeyd edib ki, qurumda çalışan xanımların əksəriyyətinin əsas təhsili kimya, fizika, tətbiqi riyaziyyat, mühəndislik ixtisası üzrə olub.

"Xanım həmkarlarımızın peyklərin idarə olunması və peyk xidmətlərinin verilməsində göstərdikləri peşəkarlıq təqdirə layiqdir. Hazırda xanımlarımız kosmos sahəsi üzrə biznes və strategiyanın planlaşdırılması, maliyyə, iqtisadi hüquq, marketinq kimi bir çox sahələrdə çalışırlar", - deyə D. Bədirxanov qeyd edib.

Son xəbərlər

Orphus sistemi