“Azərkosmos” Afrikanın “Space Engineering” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” Afrikanın “Space Engineering” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb “Azərkosmos” Afrika regionunda telekommunikasiya və internet xidmətləri üzrə provayder şirkət olan “Space Engineering” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
İKT
112
3 İyun , 2020 17:27
“Azərkosmos” Afrikanın “Space Engineering” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” Afrika regionunda telekommunikasiya və internet xidmətləri üzrə provayder şirkət olan “Space Engineering” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

Bu əməkdaşlığa əsasən, “Space Engineering” provayderi vasitəsilə “Mwangaza” televiziya və radio kanalları “Azerspace-1” peyki üzərindən yayımlanacaq.

Kenya Respublikasında yayımlanan və təxminən 50 milyona yaxın izləyici və dinləyici auditoriyasına malik olan “Mwangaza” kanalında ingilis dilində gündəlik xəbərlər və sosial-iqtisadi mövzulu proqramlar nümayiş olunur.

Bundan əlavə, “Space Engineering” Şərqi Afrika regionunda “Azerspace-1” peykinin resursları vasitəsilə müştərilərinə data xidmətləri təqdim edəcək.

“Space Engineering” şirkəti ilə bu əməkdaşlığın qarşılıqlı fayda gətirəcəyinə əminik. Bu müqavilə Afrika regionunda, xüsusilə Kenyada yaşayan əhaliyə yüksək etibarlı peyk xidmətləri göstərmək istəyimizin göstəricisidir”, - “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye deyib.

“Biz “Azərkosmos”un keyfiyyətli peyk xidmətlərini istifadə etməkdən məmnunuq. “Azerspace-1” peykinin səmərəli peyk həlləri müştərilərimizə xidmət etmək üçün bizə geniş imkanlar verəcək”, - “Space Engineering” şirkətinin direktoru Martin Kivuva qeyd edib.

Son xəbərlər

Orphus sistemi