​“Azercell” proqramçılar üçün “HackDay2016” adlı təlim və yarış keçirəcək

​“Azercell” proqramçılar üçün “HackDay2016” adlı təlim və yarış keçirəcək Yarış martın 14-də yekunlaşacaq
İKT
4 Mart , 2016 20:12
​“Azercell” proqramçılar üçün “HackDay2016” adlı təlim və yarış keçirəcək

Bakı. 4 mart. REPORT.AZ/ "Azercell Telekom" MMC-nin dəstəyi ilə ölkəmizdə daha bir maraqlı yarışmaya start verilib. Şirkətdən “Report”a verilən xəbərə görə, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli “Barama HackDay 2016” layihəsi baş tutacaq. 

Bütün dünyada məşhur olan Hackathon müəyyən bir mövzu ilə bağlı developerlərin bir araya gəlib məhdud zaman ərzində komandalar şəklində rəqəmsal resurslar hazırladığı bir yarışdır. Developerlər üçün “party” (bayram) sayılan bu tədbirin əsas məqsədi, yeni “hacker”, yaxud developelərin tanış olmalarına, bu mədəniyyətin dərindən öyrənilməsinə və insanlara faydalı olacaq məhsulların istehsalına şərait yaratmaqdır. 10-11 mart tarixlərində “Python ilə veb proqramlaşdırmanın əsasları” adlı təlimlə elan olunacaq tədbirə, 12 Mart 09:00-da start veriləcək. 36 saat davam edən yarışma 13 mart 21:00 dayandırılacaq. 14 mart 10:00-da baş tutacaq mükafatlandırma mərasimi ilə "HackDay 2016" yarışı yekunlaşacaq. Proqramçılar bu müddət ərzində yarışın “Code. Eat. Sleep” (Kodlaşdır. Ye. Yat) şüarına uyğun olaraq yatmadan işləyəcəklər.

Arzu edənlər http://hackday2016.barama.az/ saytından qeydiyyat formunu doldurmaqla və verilən kiçik tapşırığı yerinə yetirməklə "Barama HackDay"a qoşula bilər. "Azercell"İn baş sponsorluğu, "PAŞA Bank" və "Huawei Mobile" Azərbaycanın sponsorluğu ilə təşkil olunan yarışda 1-ci yerə layiq görülən komanda üzvləri "Huawei" şirkəti və "Azercell" tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılacaq. Yarış müddətində proqramçıların yemək təminatını isə “PizzaMizza” şirkəti öz öhdəsinə götürüb. Tədbirin rəsmi informasiya dəstəyi technote.az informasiya portalıdır.

Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə "Azercell" şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubatoru kimi formalaşdırıb,Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi adı altında ictimaiyyətə təqdim olunub.  

Son xəbərlər

Orphus sistemi