Azərbaycanın mobil cihaz bazarında “Xiaomi”nin payı azalmaqda davam edir
- 06 mart, 2025
- 10:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin fevral ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 29,01 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi məlumata görə, bu, yanvar ayına nisbətən 0,37 faiz bəndi azdır, bir il əvvəlki göstərici ilə müqayisədə 1,09 faiz bəndi çoxdur.
İkinci pillədəki “Xiaomi”nin bazar payı aylıq müqayisədə 0,79 faiz bəndi azalaraq və illik müqayisədə 4,5 faiz bəndi artaraq 23,62 % olub. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq üçüncü aydır azalır.
Növbəti sıradakı “Apple”ın bazar payı aylıq müqayisədə 0,17 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,86 faiz bəndi artaraq 18,69 % təşkil edib.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin payı aylıq müqayisədə 1,29 faiz bəndi artaraq, illik müqayisədə 10,17 faiz bəndi azalaraq 17,38 % olub.
İlk beşliyi 5,07 % bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,03 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,5 faiz bəndi artıb.