Azərbaycanda planşetlərdə “İOS”un bazar payı mayda 10 % azalıb
- 03 iyun, 2024
- 13:18
May ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 83,68 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi məlumata görə, bu, aprelə nisbətən 0,24 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 4,94 faiz bəndi çoxdur.
Hesabat dövründə “İOS” əməliyyat sisteminin bazar payı müvafiq olaraq 0,37 faiz bəndi və 4,91 faiz bəndi azalaraq 15,73 %-ə enib.
Mayda planşetlərdə "Android”in bazar payı müvafiq olaraq 3,29 faiz bəndi artaraq və 2,73 faiz bəndi azalaraq 68,78 % olub.
Həmin cihazlarda “İOS”un bazar payı 30,71 % təşkil edib ki, bu da aprelə nisbətən 3,24 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə 2,95 faiz bəndi çoxdur. Beləliklə də may ayı ərzində “İOS”un bazar payı 10 % azalıb.