Azərbaycanda planşetlərdə “İOS”un bazar payı 65 % azalıb
- 06 mart, 2025
- 11:34
Bu ilin fevral ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 80,62 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi xəbərə görə, bu, yanvar ayına nisbətən 0,13 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,03 faiz bəndi azdır.
Mobil cihazlarda “İOS” əməliyyat sisteminin bazar payı aylıq 0,17 faiz bəndi azalaraq və illik müqayisədə isə 0,86 faiz bəndi artaraq 18,69 % olub.
Planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 1,7 faiz bəndi azalaraq və illik müqayisədə isə 21,4 faiz bəndi artaraq 88,25 % təşkil edib.
Həmin cihazlarda “İOS”un bazar payı 11,73 % təşkil edib ki, bu da aylıq müqayisədə 1,69 faiz bəndi çox, illik isə 21,37 faiz bəndi azdır. Bu isə “İOS”in bazar payının 65 % azalmasını göstərir.