Azərbaycanda planşetlərdə “İOS”un bazar payı 15 % azalıb

İKT
  • 03 sentyabr, 2024
  • 10:49
Azərbaycanda planşetlərdə “İOS”un bazar payı 15 % azalıb

Bu ilin avqust ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 82,22 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin avqust hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 2,76 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 0,11 faiz bəndi azdır.

Hesabat dövründə “İOS” əməliyyat sisteminin bazar payı iyul ayı ilə müqayisədə 2,68 faiz bəndi, 2023-cü iln avqust ayına nisbətən isə 0,03 faiz bəndi azalaraq 17,06 %-ə enib.

Avqustda planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 5,07 faiz bəndi artaraq, illik isə 6,6 faiz bəndi azalaraq 73,34 % olub.

Həmin cihazlarda “İOS”un bazar payı 26,41 % təşkil edib ki, bu da iyul ayına nisbətən 4,57 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə 6,95 faiz bəndi çoxdur. Beləliklə əvvəlki aya nisbətən avqustda planşetlərdə “İOS”un payı 15 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti