Azərbaycanda planşetlərdə “Chrome”un bazar payı 15 % azalıb
- 02 avqust, 2024
- 12:44
Bu ilin iyul ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 79,91 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 3,85 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə 2,45 faiz bəndi çoxdur.
İkinci pillədəki “Safari”nin bazar payı müvafiq olaraq 2,18 faiz bəndi artaraq və 2,29 faiz bəndi azalaraq 8,95 % olub.
Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı müvafiq olaraq 1,25 faiz bəndi və 0,52 faiz bəndi azalaraq 4,85 % təşkil edib.
Dördüncü yerdəki “Opera”nın bazar payı əvvəlki aya nisbətən 0,61 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,05 faiz bəndi azalaraq 2,54 % təşkil edib.
İlk beşliyi qapadan “Edge”nin bazar payı müvafiq olaraq 0,38 faiz bəndi və 0,53 faiz bəndi azalaraq 1,44 %-ə çatıb.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
“Chrome” – 81,55 % (2,99 faiz bəndi az və 1,61 faiz bəndi çox)
“Edge” – 5,99 % (1,28 faiz bəndi və 2,29 faiz bəndi çox)
“Opera” – 4,71 % (0,52 faiz bəndi çox və 2,72 faiz bəndi az)
“Safari” – 3,34 % (0,56 faiz bəndi çox və 0,89 faiz bəndi az)
“Firefox” – 2,15 % (0,19 faiz bəndi çox və 0,03 faiz bəndi az)
Mobil cihazlarda:
“Chrome” – 79,55 % (4,11 faiz bəndi az və 2,97 faiz bəndi çox)
“Safari” – 10,5 % (2,69 faiz bəndi çox və 2,98 faiz bəndi az)
“Samsung Internet” – 6,4 % (1,75 faiz bəndi çox və 0,82 faiz bəndi az)
“Opera” – 1,9 % (0,97 % az və 0,84 faiz bəndi çox)
“Yandex Browser” – 0,93 % (0,38 faiz bəndi və 0,41 faiz bəndi çox)
Planşetlərdə:
“Chrome” – 69,5 % (2,19 faiz bəndi və 12 faiz bəndi az)
“Safari” – 22,68 % (5,53 faiz bəndi və 9,94 faiz bəndi çox)
“Android” – 5,25 % (2,84 faiz bəndi az və 1,42 faiz bəndi çox)
“Yandex Browser” – 0,94 % (0,32 faiz bəndi və 0,88 faiz bəndi çox)
“Opera” – 0,79 % (0,61 faiz bəndi və 0,10 faiz bəndi az)