Azərbaycanda planşetlərdə “ChatGPT”nin payı 100 %-ə çatıb
- 04 avqust, 2025
- 17:16
Bu ilin iyul ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 96,1 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 0,11 faiz bəndi azdır.
İkinci pillədəki “Microsoft Copilot”un bazar payı 1,7 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,69 faiz bəndi azdır.
Növbəti yerdə qərarlaşan “Google Gemini”nin bazar payı ay ərzində 0,30 faiz bəndi artaraq 1,07 % təşkil edib.
Dördüncü yerdəki “Perplexity”nin bazar payı iyulda 0,19 faiz bəndi artaraq 0,68 % olub.
İlk beşliyi 0,45 %-lik bazar payı ilə “Claude” qapayır. Onun payı iyun ayı ilə müqayisədə 0,31 faiz bəndi artıb. Beləliklə onun bazar payı əvvəlki aya nisbətən iyulda 3 dəfə artıb.
Müxtəlif platformaların bazar payına görə süni intellekt (AI) “chatbot”larının ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
“ChatGPT” – 95,56 % (iyuna nisbətən 0,75 faiz bəndi az);
“Microsoft Copilot” – 1,96 % (0,45 faiz bəndi az);
“Google Gemini” – 1,24 % (0,44 faiz bəndi çox);
“Perplexity” – 0,78 % (0,46 faiz bəndi çox);
“Claude” – 0,46 % (0,30 faiz bəndi çox).
Mobil cihazlarda:
“ChatGPT” – 99,57 % (3,59 faiz bəndi çox);
“Claude” – 0,43 % (reytinqə ötən ay daxil edilib).
Planşetlərdə:
“ChatGPT” – 100 % (50 faiz bəndi çox).