Azərbaycanda kosmik fəaliyyətin necə tənzimlənəcəyi məlum olub

Azərbaycanda kosmik fəaliyyətin necə tənzimlənəcəyi məlum olub Azərbaycanda kosmik fəaliyyətin tənzimlənməsi 4 istiqamətlərdə həyata keçiriləcək.
İKT
11 May , 2023 11:14
Azərbaycanda kosmik fəaliyyətin necə tənzimlənəcəyi məlum olub

Azərbaycanda kosmik fəaliyyətin tənzimlənməsi 4 istiqamətlərdə həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin adından Milli Məclisə təqdim olunmuş, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan "Kosmik fəaliyyət haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin istiqamətlər aşağıdakılardır:

- kosmik fəaliyyət üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin), onlarla əlaqəli proseslərin və istehsal metodlarının sertifikatlaşdırılması;

- kosmik obyektlərin dövlət qeydiyyatı;

- orbital mövqelərin əldə edilməsi və qorunması;

- kosmik fəaliyyətin tənzimlənməsinin bu Qanundan irəli gələn digər istiqamətləri.

Milli kosmik operatora (indiki halda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.

Son xəbərlər

Orphus sistemi