Azərbaycanda insanlar daha çox onlayn əməliyyatları (47 %) və internet bankçılığını (40 %) öyrənməyə maraq göstərirlər.
"Report" xəbər verir ki, bunu Dünya Bankının konsultantı Xalisə Şahverdiyeva Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) ikinci illik hesabat toplantısında deyib.
O bildirib ki, rəqəmsal təlimlərə ehtiyaclar ən çox Naxçıvan Muxtar Respublikasında müəyyən olunub: "Bu, Kəngərli rayonu üzrə 87 %, Şərur rayonu üzrə 79 %-dir. Həmçinin kənd təsərrüfatı sektoru rəqəmsal əkinçilik, dəqiq əkinçilik, marketinq və sair kimi smart kənd təsərrüfatı təcrübələri üçün əlverişli internetdən faydalana bilər. Lakin bu faydalar haqqında məlumatlılıq azdır”.