Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 8 %-ə yaxın artıb
- 15 may, 2025
- 14:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 1 milyard 122,3 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 82,9 %-i qeyri-dövlət sektorunun payına düşüb, 74,6 %-i isə əhali sektoruna aid olub.
Təkcə apreldə isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 298,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,1 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.