Azərbaycanda “Google” axtarış sisteminin payı oktyabrda da azalıb

İKT
  • 04 noyabr, 2024
  • 10:44
Azərbaycanda “Google” axtarış sisteminin payı oktyabrda da azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 84,27 %-ə enib.

“Report”un “Statcounter” agentliyinin oktyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 3,35 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 6,84 faiz bəndi azdır. Bu axtarış sisteminin bazar payı ardıcıl olaraq dörd aydır azalır.

İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 3,26 faiz bəndi, illik isə 6,31 faiz bəndi artaraq 13,87 %-ə çatıb.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı sentyabra nisbətən 0,07 faiz bəndi azalaraq, ötən ilin oktyabr ayı ilə müqayisədə 0,25 faiz bəndi artaraq 1 % olub.

Dördüncü yerdəki “Yahoo”nun bazar payı əvvəlki aya nisbətən 0,05 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,14 faiz bəndi artaraq 0,46 % təşkil edib.

İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı sentyabr ayına nisbətən 0,11 faiz bəndi, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 0,17 faiz bəndi artaraq 0,35 % olub.

Son xəbərlər

Bütün Xəbər Lenti