Azərbaycanda bugünədək 814 minədək ev təsərrüfatı fiber-optik internetlə təmin olunub

Azərbaycanda bugünədək 814 minədək ev təsərrüfatı fiber-optik internetlə təmin olunub Bu günə qədər 814 minədək ev təsərrüfatı GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub.
İKT
9 Fevral , 2023 13:32
Azərbaycanda bugünədək 814 minədək ev təsərrüfatı fiber-optik internetlə təmin olunub

Bu günə qədər 814 minədək ev təsərrüfatı GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub.

Bu barədə "Report"a Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilir ki, ölkə ərazisində “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması həyata keçirilir:

"Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” və “Baktelecom” layihə çərçivəsində sürəti 100 Mbit/s-dək internet xidməti təqdim edir".

Son xəbərlər

Orphus sistemi