Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi 10 %-dan çox azalıb
İKT
- 26 dekabr, 2024
- 09:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 64 milyon 819 min ABŞ dolları, həcmi isə 261,9 ton təşkil edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12 % və 10,6 % azdır.
11 ay ərzində Azərbaycana xarici ölkələrdən 62 milyon 110,4 min ABŞ dolları dəyərində 255,6 ton poçt göndərişi idxal edilib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 11,6 % və 10,2 % azdır.
Hesabat dövründə Azərbaycandan xaricə isə 2 milyon 708,6 min ABŞ dolları dəyərində 6,3 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə 21,6 % və 24,88 % azdır.
Son xəbərlər
21:47
Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb - Yenilənib
Hadisə
21:31
Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub
Digər ölkələr
21:23
Ukraynada kritik infrastruktur obyektləri ilə bağlı məlumatların yayılmasına qadağa qoyulub
Digər ölkələr
21:09
Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür
İKT
20:52
Premyer Liqa: "Sabah" komandası növbəti qələbəsini qazanıb
Futbol
20:51
Türkiyə 2050-ci ilədək 12 nüvə reaktoru tikməyi planlaşdırır
Region
20:32
Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib
Digər ölkələr
20:20
Britaniya Argentinanı Folklend adalarına iqtisadi təzyiqi dayandırmağa çağırıb
Digər ölkələr
20:13
Çində Tibet yaylası yaxınlığında bütöv cənub mamontunun kəlləsi aşkarlanıb
Digər ölkələr