“Azərbaycan Sənaye Korporasiyası” İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“Azərbaycan Sənaye Korporasiyası” İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
İKT
9 Avqust , 2024 10:38
“Azərbaycan Sənaye Korporasiyası” İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu “Azərbaycan Sənaye Korporasiyası” ASC olub. Qurum informasiya sistemlərini və ehtiyatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə qismən yerləşdirib. Korporasiya “AzInTelecom”un təqdim etdiyi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərini əldə edib. ASK-nı həmçinin “AzInTelecom” lisenziyalı “Microsoft” məhsulları ilə təmin edib. Dövlət qurumu İT sistemlərini “Hökumət buludu”na yerləşdirməklə kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

“Azərbaycan Sənaye Korporasiyası”nın informasiya sistemləri 2019-cu ildən etibarən “AzInTelecom”a məxsus Data Mərkəzinə yerləşdirilib.

RİNN-nin həyata keçirdiyi “Hökumət buludu” layihəsinin icraçısı “AzInTelecom”dur. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus Data mərkəzləri, həmçinin “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyir.

Son xəbərlər

Orphus sistemi