Azərbaycan peyklərinin orbitə buraxılması sahəsində Aİ ilə əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan peyklərinin orbitə buraxılması sahəsində Aİ ilə əməkdaşlığı genişləndirmək istəyir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kosmik Agentlik (Azərkosmos) Azərbaycan peyklərinin orbitə buraxılması sahəsində Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
İKT
21 Fevral , 2023 17:20
Azərbaycan peyklərinin orbitə buraxılması sahəsində Aİ ilə əməkdaşlığı genişləndirmək istəyir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kosmik Agentlik (Azərkosmos) Azərbaycan peyklərinin orbitə buraxılması sahəsində Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

“Report”un nazirliyə istinadən verdiyi xəbərə görə, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşdə deyib.

Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular, o cümlədən kosmik texnologiyalar sahəsində Avropa ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Əsədovun sözlərinə görə, Azərbaycanın peyklərinin orbitə buraxılmasında avropalı tərəfdaşların rolunu da vurğulayıb.

P.Mixalko Avropa İttifaqının Azərbaycanla əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edib.

Görüşdə Avropa Geostasionar Naviqasiya Xidmətinin (EGNOS) genişləndirilməsində Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin "Azəkosmos"la tərəfdaş olması yüksək qiymətləndirilib. Həmçinin oktyabrın 2-dən 6-dək Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinin hazırlıq prosesindən danışılıb. Tədbirin Azərbaycana kosmos sahəsində, xüsusilə avropalı tərəfdaşlarla əməkdaşlıq baxımından böyük imkanlar açacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi