Azərbaycan Minskdə Regional Rabitə Birliyinin Administrasiya Başçıları Şurasının 52-ci iclasında iştirak edib

Azərbaycan Minskdə Regional Rabitə Birliyinin Administrasiya Başçıları Şurasının 52-ci iclasında iştirak edib Ölkəni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edib
İKT
18 Aprel , 2017 18:36
Azərbaycan Minskdə Regional Rabitə Birliyinin Administrasiya Başçıları Şurasının 52-ci iclasında iştirak edib

Bakı. 18 aprel. REPORT.AZ/ Belarusun Minsk şəhərində aprelin 18-19-də Regional Rabitə Birliyinin (RRB) Administrasiya Başçıları Şurasının 52-ci və RRB yanında İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının 23-cü birgə iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a daxil olan məlumata görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, Bolqarıstan və Latviyanın rabitə administrasiyalarının başçıları, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı, Regional Rabitə Birliyi və “İntersputnik” beynəlxalq kosmik rabitə təşkilatının rəhbərləri iştirak ediblər.

İclasda ölkəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sahə üzrə 30-a yaxın aktual məsələnin müzakirə olunduğu iclasda RRB-nin gələcək fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilib.

R.Quluzadə iclasın gündəliyinə dair məsələlərə münasibət bildirib və qeyd edib ki, Regional Rabitə Birliyi səmərəli regional təşkilat nümunəsidir.

Nazir iclasda müzakirə olunan məsələlərin və qəbul edilən qərarların İKT sektorunun və informasiya cəmiyyətinin davamlı inkişafına, işgüzar əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Eyni zamanda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə iclas iştirakçılarına məlumat verən Ramin Quluzadə qeyd edib ki, bundan sonra da Azərbaycan RRB-nin fəaliyyətinin bütün istiqamətləri üzrə uğurlu əməkdaşlığı davam etdirəcək.

Tədbir çərçivəsində nazir RRB-nin üzvü olan bir neçə ölkənin rabitə administrasiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. 

Son xəbərlər

Orphus sistemi