Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 162 ölkə arasında əvvəlki aya nisbətən 4 pillə irəliləyərək 40,65 MB/S sürətlə 109-cü yerdə qərarlaşıb.
İKT
16 Avqust , 2024 14:14
Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (40,65 MB/S) görə 162 ölkə arasında 109-cu yerdə qərarlaşıb ki, bu da iyun ayına nisbərən 4 pillə irəliləyiş deməkdir.

"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (29,14 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 39,5 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (291,85 MB/S), axırıncı yeri isə Əfqanıstan (3,56 MB/S) tutub.

Azərbaycan iyulda mobil internetin sürətinə görə iyun ayına nisbətən mövqeyini dəyişməyərək 53,98 MB/S sürətlə 111 ölkə arasında 49-cu olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (359,85 MB/S), sonuncu yeri isə Yəmən (7,26 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 207 şəhər arasında 42,13 MB/S sürətlə 134-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (320,47 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,95 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı iyulda mobil internetin sürətinə görə 68,99 MB/S sürətlə iyuna nisbətən 1 pillə irəliləyərək 162 şəhər arasında 69-cu yerdə qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (451,02 MB/S), sonuncu yeri Kabil (8,01 MB/S) tutub.

Son xəbərlər

Orphus sistemi