Azərbaycan Hindistanın İKT təcrübəsindən yararlanmaq niyyətindədir

İKT
  • 01 iyul, 2019
  • 11:50
Azərbaycan Hindistanın İKT təcrübəsindən yararlanmaq niyyətindədir

Hindistanın İKT sahəsində investisiyasının Azərbaycana cəlb edilməsi istiqamətində işlər aparılır.

"Report" xəbər verir ki, bunu AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Hindistan İKT sahəsində inkişaf edib: "İKT sahəsində fəaliyyət göstərən şirkətlər ilə iki ölkə arasında bir sıra görüşlər keçirilib. Məqsəd Azərbaycanda "hub" yaradılması və həmin şirkətlərin burada fəaliyyət göstərməsidir. Hindistanın İKT sahəsində təcrübəsini Azərbaycana gətirmək istəyirik".