Azərbaycan fiberoptik internetlə təchizat sahəsində hədəflərini açıqlayıb

Azərbaycan fiberoptik internetlə təchizat sahəsində hədəflərini açıqlayıb Bu ilin sonuna qədər Azərbaycan ərazisinin 55 %-i fiberoptik internetlə əhatə ediləcək.
İKT
1 Noyabr , 2023 12:22
Azərbaycan fiberoptik internetlə təchizat sahəsində hədəflərini açıqlayıb

Bu ilin sonuna qədər Azərbaycan ərazisinin 55 %-i fiberoptik internetlə əhatə ediləcək.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən "Təhsilin İnkişafı Forumu 2023" tədbiri çərçivəsində təşkil olunmuş "İnnovasiya ekosisteminin yaradılması" panelində bildirib.

"Gələn ilin sonuna qədər isə bütün ölkə yüksəksürətli internetlə əhatə olunacaq. Hətta ucqar kəndlərdə belə minimum 30 mb/s sürətli internet olacaq”, - deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, təmsil etdiyi qurum təhsildə rəqəmsallaşmaya önəm verir: “Nazirliyin dəstəyi ilə “Technest” təqaüd proqramı həyata keçirilir. Bu günədək 4 000-ə yaxın şəxsə İKT-nin müxtəlif sahələrində təhsil verilib. Onların demək olar ki, hamısı təxminən 6 ay sonra işlə təmin edilib və ayda orta hesabla 1 300 manat əməkhaqqı alır. Biz isə həmin mütəxəssislərin hər birinin hazırlanmasına 3 000-3 500 manat xərcləmişik. Bu rəqəmlər qoyulan kapitalın hansı müddətdə geri qayıda biləcəyini göstərir”.

Son xəbərlər

Orphus sistemi