İKTA EBRD ilə yeni layihənin icrasına başlayıb

İKTA EBRD ilə yeni layihənin icrasına başlayıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birgə “Tənzimləyici qurumun əməkdaşlarının bilik və bacarıqlarının artırılması” layihəsinin i
İKT
30 Avqust , 2023 10:10
İKTA EBRD ilə yeni layihənin icrasına başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birgə “Tənzimləyici qurumun əməkdaşlarının bilik və bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb.

Bu barədə “Report”a İKTA-dan məlumat verilib.

Bildirilib ki, bununla bağlı tərəflər arasında ilk onlayn görüş keçirilib. Görüşdə İKTA-nın İdarə Heyətinin rəhbəri Nail Mərdanov, Beynəlxalq əməkdaşlıq üzrə baş mütəxəssisi Ravil İsgəndərov, Hüquq və sənədlərlə iş departamentinin direktoru Oktay Məhərrəmov, Xidmət bazarlarına nəzarət şöbəsinin müdiri Nail İsmayılov iştirak ediblər.

N.Mərdanov İKTA-nın fəaliyyəti, bu günə qədər gördüyü işlər barədə görüş iştirakçılarına məlumat verib, növbəti bir ildə həyata keçiriləcək yeni layihənin qurumun funksional fəaliyyəti üçün faydalı olacağını qeyd edib.

EBRD-nin dəstəyi ilə həyata keçiriləcək yeni layihə bir neçə mərhələdə icra olunacaq. Bura tənzimləyici qurumun fəaliyyətinin təkmilləşdirlməsi, bazar təhlilinin aparılması, bazarda rəqabət səviyyəsinin qiymətləndirilməsi metodologiyasının işlənib hazırlanması, əhəmiyyətli bazar gücünə malik olan operatorlara tətbiq edilə bilən həllərin layihələndirilməsi, eləcə də İKTA əməkdaşlarının bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsi daxildir.

Layihə EBRD-nin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

İKTA-nın Nizamnaməsi ölkə prezidentinin 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi