Azərbaycan dəstək verdiyi “World Net Summit” bu gün işə başlayır

Azərbaycan dəstək verdiyi “World Net Summit” bu gün işə başlayır “World Net Summit” onlayn konfransı bu gün “Startup Academy” və “Monex Summit” tədbirləri ilə işə başlayır.
İKT
11 May , 2020 13:11
Azərbaycan dəstək verdiyi “World Net Summit” bu gün işə başlayır

“World Net Summit” onlayn konfransı bu gün “Startup Academy” və “Monex Summit” tədbirləri ilə işə başlayır.

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) istinadən xəbər verir.

Bildirilib ki, konfrans Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “bp” şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə keçirilir.

Ümumilikdə “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” olmaqla, 8 fazadan ibarət “World Net Summit”də 15 ölkədən 50-dən artıq spikerin çıxışı nəzərdə tutulur.

Bu gün saat 16:30-18:00-da “SUP VC”nin direktoru Vüsal Kərimlinin moderatorluğu, NRYTN-in İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli, Gürcüstan İnnovasiyalar və Texnologiya Agentliyinin sədri Avtandil Kasradze, “Startup Estonia”nın baş icraçı direktoru Maarika Truu, “Astana Hub”ın baş icraçı direktoru Jozef Ziqler, “Startup Lithuania”nın baş icraçı direktoru Roberta Rudokene, BMT-nin İnkişaf Proqramının Avropa və Mərkəzi Asiya üzrə Regional Bürosunun İdarəetmə və innovasiyalar üzrə mütəxəssisi Lejla Sadikunun spiker kimi iştirakları ilə “Startup Academy” fazası baş tutacaq.

“Monex Summit” fazası isə saat 19:30-21:00-da “MENA Fintech Association”ın sədri Namir Xanın moderatorluğu, “Mastercard” şirkətinin vitse-prezidenti Fabritsio Burlando, “Burnmark”ın baş icraçı direktoru Devi Mohan, “Santander Bank”ın maliyyə sənayesinin transformasiyası üzrə rəhbəri Juan Jimenez Zaballos və “Mastercard”ın açıq bankçılıq üzrə qlobal rəhbəri Hakan Eroğlunun spikerliyi ilə təşkil ediləcək.

Tədbirlər “Facebook” sosial şəbəkəsi və “Youtube” üzərindən canlı yayımlanacaq.

Qeyd edək ki, digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında qeydiyyatdan keçməklə əldə etmək mümkündür. Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.

İngilis versiyası World Net Summit kicks off

Son xəbərlər

Orphus sistemi