Azərbaycan 3 ölkədən smartfon tədarükünü bərpa edib
- 18 avqust, 2023
- 06:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 142,87 milyon ABŞ dolları dəyərində 548 min 531 ədəd smartfon gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 % çoxdur, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 98,19 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 48 % çoxdur) 381 min 947 ədəd (+13 %), Vyetnamdan 34,88 milyon ABŞ dolları dəyərində (-1,7 %) 138 min 135 ədəd (-24 %), Hindistandan 9,56 milyon ABŞ dolları dəyərində (-29 %) 28 min ədəd (-43 %), Çexiyadan 113,53 min ABŞ dolları dəyərində 122 ədəd, Amerika Birləşmiş Ştatlarından 71 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 83 ədəd (+5,9 dəfə) cihaz alıb.
Azərbaycan 7 il 6 ayın tamamında Yaponiyadan (4,1 min ABŞ dolları dəyərində 4 ədəd), 2 il 3 aylıq fasilənin ardından İndoneziyadan (24,7 min ABŞ dolları dəyərində 154 ədəd) və 1 il 11 aylıq aradan sonra Çexiyadan smartfon tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 1 milyon 144 min ədəd smartfonun 59,3 %-i Çinin payına düşüb.