Avropa Komissiyası “Google” şirkətini antiinhisar qanunvericiliyini pozmaqda ittiham edir

Avropa Komissiyası “Google” şirkətini antiinhisar qanunvericiliyini pozmaqda ittiham edir “Google”un antiinhisar qanunvericiliyini pozması sübuta yetirilsə ABŞ şirkəti cərimə oluna bilər
İKT
4 Aprel , 2015 19:41
Avropa Komissiyası “Google” şirkətini antiinhisar qanunvericiliyini pozmaqda ittiham edir

Bakı. 4 aprel. REPORT.AZ/ Avropa Komissiyası (AK) ABŞ-ın “Google” internet şirkətinə qarşı antiinhisar qanunvericiliyini pozmaqla bağlı rəsmi ittiham irəli sürmək niyyətindədir. İttihamın yaxın həftələr ərzində qaldırılacağı gözlənilir.

"Report" AZƏRTAC-a istinadən məlumatına əsasən, Avropa Komissiyası ABŞ şirkətini məhsul və xidmətlərinin tanıdılması üçün internet axtarışı bazarında lider mövqeyindən sui-istifadədə, eləcə də rəqiblərinin kontentinin surətini çıxarmada, reklamçıların və proqram təminatı tərtibatçılarının fəaliyyətini haqsız məhdudlaşdırmada ittiham edir. İttiham irəli sürüləcəyi təqdirdə şirkət üç ay müddətində Avropa İttifaqı qanunvericiliyini pozmaması ilə bağlı sübutlar təqdim etməli və ya mübahisəsinin həlli üçün yeni variant təklif etməli olacaq.

Avropa Komissiyası tərəfindən “Google”un mövqeyi öyrənildikdən sonra yekun qərarın veriləcəyi gözlənilir. “Google”un antiinhisar qanunvericiliyini pozması sübuta yetirilsə, şirkət Avropa Komissiyası tərəfindən illik mədaxilin 10 faizini təşkil edən məbləğdə cərimə oluna bilər.

Son xəbərlər

Orphus sistemi