“Apple” “iPhone”ların tədarükünü azaldır

“Apple” “iPhone”ların tədarükünü azaldır ABŞ-ın “Apple” korporasiyası Çində yayılmış koronavirusla bağlı vəziyyəti nəzərə alaraq bütün dünyada “iPhone”ların tədarükünü müvəqqəti azaltdığını elan edib.
İKT
104
18 Fevral , 2020 15:28
“Apple” “iPhone”ların tədarükünü azaldır
stock.adobe.com

ABŞ-ın “Apple” korporasiyası Çində yayılmış koronavirusla bağlı vəziyyəti nəzərə alaraq bütün dünyada “iPhone”ların tədarükünü müvəqqəti azaltdığını elan edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. 

Məlumata görə, virusun əsas məkanı olan və karantin elan edilmiş Hubey əyalətindən kənarda smartfonların istehsalı “Apple”ın proqnozlaşdırdığından daha yavaş artır. Şirkətin məhsullarına olan tələbə təsir edən ikinci amil Çində bir çox “Apple” mağazasının karantin səbəbi ilə bağlanması, bəzilərinin isə qısaldılmış iş qrafiki ilə işləməsidir. 

Son xəbərlər

Orphus sistemi