“Apple” Azərbaycanın mobil cihaz bazarındakı payının 24 %-ni itirib
- 03 iyun, 2024
- 06:36
Bu ilin may ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 28,72 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi məlumata görə, bu, aprelə nisbətən 0,01 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 10,98 faiz bəndi azdır.
İkinci pillədəki “Xiaomi”nin bazar payı müvafiq olaraq 4,1 faiz bəndi artaraq və 1,45 faiz bəndi azalaraq 26,24 % olub.
Növbəti sıradakı adı açıqlanmayan brendlərin payı müvafiq olaraq 9,29 faiz bəndi azalaraq və 11,67 faiz bəndi artaraq 17,11 % olub.
Dördüncü pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 0,37 faiz bəndi və 4,91 faiz bəndi azalaraq 15,73 % təşkil edib. Bununla da son bir ildə şirkət bazar payının 24 %-ni itirib.
İlk beşliyi 7,28 % bazar payı ilə “Honor” qapayır. Şirkətin bazar payı əvvəlki aya nisbətən 5,23 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 6,38 faiz bəndi artıb.