"Android" yeni funksiyasını istifadəçilərə təqdim edib

"Android" yeni funksiyasını istifadəçilərə təqdim edib Android sistemli smartfonlarda Google Playdəki bütün abunəliklərin sıfırlanması funksiyası işə salınıb.
İKT
30 Sentyabr , 2019 17:45
Android yeni funksiyasını istifadəçilərə təqdim edib

"Android" sistemli smartfonlarda "Google Play"dəki bütün abunəliklərin sıfırlanması funksiyası işə salınıb.

"Report" "Android Police" nəşrinə istinadən xəbər verir ki, bu funksiya istifadəçiyə beta-test rejimində olan bütün proqramları eyni vaxtda söndürmək, "istək siyahısı"nı silmək, yeni proqramların və ya oyunların çıxışı barədə bildirişləri ləğv etmək imkanı verir.

Funksiyadan istifadə etmək üçün istifadəçi telefonun ümumi parametrlər bölməsinə keçməli və müvafiq bəndi seçməlidir.

Nəşr qeyd edib ki, bu funksiya qadjetlərin işindəki problemlərin dəqiq səbəbi bilinməsə də, onları həll etməyə imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi