AMEA-nın "Yüksək Texnologiyalar Parkı" daha bir instituta dəstək verir

AMEA-nın "Yüksək Texnologiyalar Parkı" daha bir instituta dəstək verir Azərbaycan Milli Elmlər Akdemiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC (YTP) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) aparılan elmi tədqiqatların iqtisadiyyata tətbiqinə dəstək verməyə başlayıb.
İKT
26 Yanvar , 2021 13:03
AMEA-nın Yüksək Texnologiyalar Parkı daha bir instituta dəstək verir

Azərbaycan Milli Elmlər Akdemiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC (YTP) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) aparılan elmi tədqiqatların iqtisadiyyata tətbiqinə dəstək verməyə başlayıb.

Bu barədə “Report”a YTP-dən məlumat verilib.

Məlumatda deyilir ki, Parkda real iqtisadiyyata xidmət edən əsas tətbiqi əhəmiyyətli işlər AKİ-nin mütəxəssislərinin yaratdığı “Depressator-AKİ” aşqarının istehsalının təşkili üzrə işlərin aparılması, “TC-1” yanacağı, super-antigel və “Depressator-AKİ” aşqarından istifadə etməklə dizel yanacağına tələb olunan donma temperaturunu təmin edən kompozisiyanın yaradılmasıdır. Bundan əlavə, xüsusi təyinatlı motor yağının tətbiqi, işlənmiş yağların regenerasiya texnologiyasının işlənilməsi və kənd təsərrüfatı məhsullarının tullantıları əsasında neft-qaz quyularının qazılmasında istifadə edilən buruq reagentinin işlənib hazırlanması və tətbiqinə dair işlər aparılıb.

Eyni zamanda, ölkə daxilində fəaliyyət göstərən müxtəlif dövlət və özəl təşkilatların sifarişləri əsasında təqdim edilən yağ, aşqar nümunələrinin fiziki-kimyəvi analizi, texniki şərtlərin hazırlanması işləri də görülüb.

Son xəbərlər

Orphus sistemi