4SİM-in rəhbəri: "Coursera" kurslarından 5 000 azərbaycanlı ödənişsiz yararlana biləcək"

İKT
  • 02 aprel, 2024
  • 11:27
4SİM-in rəhbəri: Coursera kurslarından 5 000 azərbaycanlı ödənişsiz yararlana biləcək

Bu lin sentyabr ayının 15-nə qədər əlavə olaraq 5 000 azərbaycanlı "Coursera" kurslarından yararlana biləcək.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "İT Hub Azərbaycan" layihəsinin bağlanış mərasimində bildirib.

"130 milyona yaxın istifadəçisi olan beynəlxalq sahəvi tədris platforması olan "Coursera" ilə əməkdaşlıq çərçivəsində 5 000 azərbaycanlı 800-dən çox kursdan ödənişsiz olaraq yararlanacaq. Bu platformada Kembric, Snanford kimi dünyanın ən məşhur universitetlərinin, eyni zamanda "Google", "Meta", "Microsoft", "Amazon" kimi iri şirkətlərin proqramları onlayn şəkildə vətəndaşlara təqdim olunur", - deyə o qeyd edib.