Yuxarı

İslamiadaya hazırlaşan voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması növbəti qələbəsini qazanıb

İslamiadaya hazırlaşan voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması növbəti qələbəsini qazanıb
Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv “Moribor” klubunu məğlub edib

Bakı. 29 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarını Sloveniyada davam etdirən voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası yoxlama görüşü keçirib.

“Report”un məlumatına görə, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv yerli “Moribor” klubu ilə qarşılaşıb və rəqibini 4:1 hesabı ilə məğlub edib.

Mayın 6-dək Sloveniyada təlim-məşq toplanışında olacaq yığma bu müddət ərzində daha 4 yoxlama matçı keçirməyi planlaşdırır. Azərbaycan voleybolçularının Sloveniya yığması və Səudiyyə Ərəbistanı millisi ilə iki yoxlama görüşü nəzərdə tutulub. Digər oyun isə yerli klublardan biri ilə olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası daha əvvəl İsraildəki toplanış dönəmində 3 yoxlama matçında qüvvəsini sınayıb. Yığma İsrailin 23 yaşadək voleybolçulardan ibarət komandasını, “İlabur” klubunu və “Yehuda”nı məğlub edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi