İslamiadaya hazırlaşan voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması növbəti qələbəsini qazanıb

İslamiadaya hazırlaşan voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması növbəti qələbəsini qazanıb Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv “Moribor” klubunu məğlub edib
Komanda
29 Aprel , 2017 11:31
İslamiadaya hazırlaşan voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması növbəti qələbəsini qazanıb

Bakı. 29 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarını Sloveniyada davam etdirən voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası yoxlama görüşü keçirib.

“Report”un məlumatına görə, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv yerli “Moribor” klubu ilə qarşılaşıb və rəqibini 4:1 hesabı ilə məğlub edib.

Mayın 6-dək Sloveniyada təlim-məşq toplanışında olacaq yığma bu müddət ərzində daha 4 yoxlama matçı keçirməyi planlaşdırır. Azərbaycan voleybolçularının Sloveniya yığması və Səudiyyə Ərəbistanı millisi ilə iki yoxlama görüşü nəzərdə tutulub. Digər oyun isə yerli klublardan biri ilə olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası daha əvvəl İsraildəki toplanış dönəmində 3 yoxlama matçında qüvvəsini sınayıb. Yığma İsrailin 23 yaşadək voleybolçulardan ibarət komandasını, “İlabur” klubunu və “Yehuda”nı məğlub edib.

Son xəbərlər

Orphus sistemi