Basketbol yığmaları arasında dünya çempionatının seçmə oyunu zamanı kütləvi dava düşüb - VİDEO

Basketbol yığmaları arasında dünya çempionatının seçmə oyunu zamanı kütləvi dava düşüb - VİDEO Münaqişənin səbəbkarını yerə uzanıqlı vəziyyətdə də döyüblər
Komanda
3 İyul , 2018 10:22
Basketbol yığmaları arasında dünya çempionatının seçmə oyunu zamanı kütləvi dava düşüb - VİDEO
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Filippin və Avstraliyanın basketbol yığmaları arasında keçirilmiş dünya çempionatının seçmə oyununda kütləvi dava baş verib.

"Report"un "Sportando" nəşrinə istinadən məlumatına görə, insident üçüncü hissədə avstraliyalı Deniel Kikkertin rəqibə zərbəsindən sonra yaşanıb. Nəticədə iki komandanın oyunçu və məşqçi heyəti toqquşmada iştirak edib. Münaqişənin səbəbkarı daha çox xəsarət alıb. Kikkerti hətta yerə uzanıqlı vəziyyətdə də döyüblər. Avstraliyalı basketbolçu davanın qarşısını almağa cəhd etdikdə onun başına stul atıblar.

Kütləvi toqquşma ilə əlaqədar meydandan 13 basketbolçu qovulub. Bundan sonra meydanda Filippin yığmasının 3, Avstraliyanın isə 5 basketbolçusu qalıb. Bir neçə dəqiqə sonra daha 2 filippinli meydandan qovulub və oyunu Avstraliya 89:53 hesabı ilə öndə olduğu vaxt dayandırmaq lazım gəlib. 

Son xəbərlər

Orphus sistemi