Azərbaycanın voleybol klublarının Çelenc Kubokunda rəqibləri müəyyənləşib

Azərbaycanın voleybol klublarının Çelenc Kubokunda rəqibləri müəyyənləşib "Azərreyl" Rumıniya, "Lokomotiv" Kipr" komandası ilə qarşılaşacaq
Komanda
14 İyun , 2017 17:29
Azərbaycanın voleybol klublarının Çelenc Kubokunda rəqibləri müəyyənləşib

Bakı. 14 iyun. REPORT.AZ/ Voleybol üzrə Çelenc Kubokunun püşkatma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, Azərbaycanı qadınların mübarizəsində təmsil edəcək "Azərreyl"in bəxtinə Rumıniynın "Stiinta" (Bakau) komandası düşüb.

1/16 final mərhələsində ev və səfər prinsipi ilə keçiriləcək görüşlərdən qalib ayrılan komanda növbəti mərhələdə "Sm Aeş Pfeffingen" (İsveçrə) - "Mladost" (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. Oyunlar 12 - 14 dekabr və 9 - 11 yanvarda baş tutacaq.

Kişilərdən ibarət "Lokomotiv" isə Kipr "Apoel"inə rəqib olub. İlk oyunlar 21 - 23 noyabrda, cavab görüşləri 28 - 30 noyabrda keçiriləcək. Qalib komanda 1/16 finala yüksələcək. 

Son xəbərlər

Orphus sistemi