Yuxarı

Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında birinci olub

Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında birinci olub
Veteran cüdoçular fərdi yarışlarda 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar
© Judo.az

Bakı. 18 iyun. REPORT.AZ/ Zaqrebdə veteran cüdoçular arasında keçirilən Avropa çempionatının komanda yarışları millimiz üçün uğurlu olub.

"Report" xəbər verir ki, 30-40 yaş kateqoriyası üzrə komanda yarışında mübarizə aparan Azərbaycan millisi bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, fərdi yarışlarda veteran cüdoçularımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi