Azərbaycan millisi İran yığması ilə iki yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi İran yığması ilə iki yoldaşlıq oyunu keçirəcək Matçlar Bakı İdman Sarayında baş tutacaq
Komanda
18 Yanvar , 2018 09:57
Azərbaycan millisi İran yığması ilə iki yoldaşlıq oyunu keçirəcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Joze Alesio Da Silvannın rəhbərlik etdiyi kollektiv yanvarın 23-də və 24-də İran millisi ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final mərhələsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi